Çempionlar Liqasında 1/4 final HƏYƏCANI –

Çempionlar Liqasında 1/4 final HƏYƏCANI – "Liverpul" səfərdə, "Siti" evdə

Hazırda oxunan: Çempionlar Liqasında 1/4 final HƏYƏCANI – "Liverpul" səfərdə, "Siti" evdə
68022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Matçı rumıniyalı İştvan Kovaç idarə edəcək.

Meydan sahiblərinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.

Gecənin digər matçında Portuqaliya "Benfika"sı İngiltərə "Liverpul"unu qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersisyad təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO