Gənc sərbəst güləşçilərimiz Türkiyədə bu gün güclərini sınayacaqlar

Gənc sərbəst güləşçilərimiz Türkiyədə bu gün güclərini sınayacaqlar

Hazırda oxunan: Gənc sərbəst güləşçilərimiz Türkiyədə bu gün güclərini sınayacaqlar
68021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir start götürəcək.

Bizim.Media Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov, Riad Aslanov, Məmməd Əhmədov (hamısı 57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əbülfəz Nəsirov, Murad Haqverdiyev (hər ikisi 65 kq), Sabir Cəfərov, Kənan Heybətov (hər ikisi 70 kq), Namus Orucov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov, Fuad Yunusov (hər ikisi 86 kq) və Abdulcəlil Şabanov (92 kq) təmsil edəcəklər.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda mübarizəyə isə 17:30-da start veriləcək.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO