Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı

Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı

Hazırda oxunan: Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
649527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur futbolçu Tiaqo Silva futbolçu karyerasını başa vurmağı təxirə salaraq daha bir mövsüm oynamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
 

Bildirilir ki, 42 yaşlı braziliyalı futbolçu özünü fiziki cəhətdən yaxşı hiss edir və ailəsi də onun karyerasını davam etdirməsini dəstəkləyir. Silva üçün əsas seçim hazırkı klubu “Fluminense”də qalmaqdır. Klub rəhbərliyi də təcrübəli müdafiəçi ilə müqaviləni 2027-ci ilin sonunadək uzatmaq istəyir.


Qeyd edək ki, Tiaqo Silva 2026-cı ilin yayında yetirməsi olduğu “Fluminense”yə qayıdıb.

O, karyerası ərzində “Milan”, PSJ və “Çelsi”də çıxış edib. Müdafiəçi London klubunun heyətində 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO