Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

Hazırda oxunan: Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi
649528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev əhalisinin sayına görə ölkənin ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinin 2027-2030-cu illər üçün əsas üzvü seçilib. İsveçin 21 regionundan biri olan Västra Hötaland 49 bələdiyyəni əhatə edir və təxminən 1,8 milyon nəfər əhalisi var.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Logistika üzrə İdarə Heyəti regionun səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm strateji rol oynayan siyasi idarəetmə orqanıdır.
 

Qurum xəstəxanaların və digər səhiyyə müəssisələrinin tibbi ləvazimatlar və zəruri məhsullarla vaxtında təmin edilməsinə, eləcə də anbar, daşınma və çatdırılma sistemlərinin fəaliyyətinə siyasi rəhbərliyi və nəzarəti həyata keçirir.


İdarə heyətinin vəzifələrinə böhran və müharibə şəraitində səhiyyə müəssisələrinin fasiləsiz təchizatının təmin edilməsinə hazırlığın gücləndirilməsi, ayrılmış büdcə vəsaitindən səmərəli istifadə olunması və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət də daxildir.

Həmçinin təchizat proseslərində ekoloji dayanıqlılığın təmin edilməsinə və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. İdarə heyətinin siyasi nəzarəti altında fəaliyyət göstərən təchizat idarəsində təxminən 1500 əməkdaş çalışır.

Qeyd edək ki, İsveçin Partille şəhərinin Bələdiyyə Şurası həmyerlimiz Turan Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsinin sədrinin birinci müavini seçib.

O, 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu vəzifədə çalışacaq. T.Əliyev, həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO