“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Hazırda oxunan: “Real” Kurtua ilə RAZILAŞDI

641875

“Real”ın qapıçısı Tibo Kurtua klubun yeni müqavilə təklifini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

 

Madrid təmsilçisi 34 yaşlı belçikalı qolkiperini komandada saxlamaq istəyir. Tərəflər arasında şifahi razılıq əldə olunub. Kurtuanın hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

 

Qeyd edək ki, Kurtua 2018-ci ildə “Çelsi”dən “Real”a keçib. O, Madrid klubunun heyətində 240-dan çox rəsmi oyunda meydana çıxıb və komanda ilə UEFA Çempionlar Liqası, İspaniya çempionatı, İspaniya Kuboku və digər titulları qazanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO