“Qarabağ” və “Neftçi” dünyanın ən güclü klubları SIRASINDA

“Qarabağ” və “Neftçi” dünyanın ən güclü klubları SIRASINDA

Hazırda oxunan: “Qarabağ” və “Neftçi” dünyanın ən güclü klubları SIRASINDA
64155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Klubların dünya sıralaması müəyyənləşib.

Bizim.Media xəbər verir ki, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın iki klubu yer alır.

300 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Aktivində 129 xal olan Ağdam təmsilçisi dünyanın 108-cisidir. Qurban Qurbanovun kollektivi “İndependiente”, “Defansa”, və Donetsk “Şaxtyor”u ilə bu pilləni bölüşdürür. Təmsilçimiz “Vest Hem”, “Anderlext”, “Atletik”, “Fiorentina”, “Valensiya” kimi bir çox Avropanın ortabab klublarını qabaqlayır.

“Neftçi” isə 236-cı pillədə yer alır. “Ağ-qaralar”ın aktivində 81,5 xal var.

Reytinqə “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 310 xal var. Braziliya klubları “Palmeyras” (286 xal) ikinci, “Atletiko Mineyro” (285) üçüncü sırada yer alır.
İngiltərənin digər komandası “Mançester Siti” 274 xalla dördüncüdürsə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su 5-ci pillədə qərarlaşıb. Xorvatiyalıların aktivində 262,5 xal var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO