Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO

Hazırda oxunan: Millətlər Liqası: Fransa Belçikanı məğlub etdi – VİDEO
640621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, Fransada keçirilən görüşdə Belçika millisi 35-ci dəqiqədə Dodi Lukebakionun qolu ilə hesabı açıb. Fransa 77-ci dəqiqədə Desire Duayın qolu ilə bərabərliyi təmin edib. Daha sonra Rayan Çerki (81-ci dəqiqə) və Maykl Olize (88, 90+1) fərqlənərək komandasının qələbəsini rəsmiləşdiriblər.
 

Qrupun digər oyununda İtaliya yığması Bolonyada Türkiyəni 3:1 hesabı ilə məğlub edib. İtaliyanın qollarını Canluka Skamaka (26), Rikkardo Kalafiori (64) və Françesko Esposito (87), Türkiyənin qolunu isə Aral Şimşir (61) vurub.


Dörd turdan sonra Fransa 10 xalla qrupda liderdir. İtaliya 7 xalla ikinci, Belçika 6 xalla üçüncü, Türkiyə isə xalsız sonuncudur.

UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO