Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Hazırda oxunan: Fransanın məşhur klubu 1 avroya satıldı

639593

İngiltərənin investisiya şirkəti “Park Bench” Fransanın “Bordo” futbol klubunu simvolik olaraq 1 avroya satın alıb.

Bizim.Media Bordo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş prezident Jerar Lopesin şirkəti ilə “Park Bench” arasında klubun təhvil verilməsi barədə razılaşma əldə olunub. Müqaviləyə əsasən, yeni sahib klubun mövcud borclarının ödənilməsini öz üzərinə götürüb.
 

Bildirilib ki, klubun fəaliyyətinin bərpası ilə bağlı hüquqi prosedur çərçivəsində yaxın günlərdə “Bordo” rəhbərliyi Yeni Akvitaniya Futbol Liqasının İdarəetməyə Nəzarət üzrə Regional Komissiyasının dinləməsinə çağırılacaq. “Bordo”nun yeni sahibi ilə əldə olunan razılaşmanın klubun gələcəyi üçün mühüm mərhələ olduğu qeyd olunub.


Qeyd edək ki, “Bordo” iyul ayında Fransanın VI Divizionuna göndərilib. Klubun bu qərardan verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. “Bordo” Fransa çempionatının 6 qat qalibidir. Klub sonuncu dəfə 2009-cu ildə ölkə çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO