Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

Hazırda oxunan: Zidan 16 illik Fransa rekorduna imza atdı

639375

Fransa millisi Millətlər Liqasının səfər oyununda Belçikanı 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, görüşdə yeganə qolu 88-ci dəqiqədə Maykl Olise vurub.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Belçikaya qarşı matçda üç futbolçuya debüt şansı verib. Andy Diuf, Jeremi Jake və Lukas da Kunha ilk dəfə Fransa yığmasının əsas heyətində meydana çıxıblar.
 

Bu, 2010-cu ilin avqustundan sonra Fransa millisinin start heyətində ilk dəfə üç və ya daha çox debütantın yer almasıdır. Didye Deşamın 2012-2026-cı illərdə baş məşqçi olduğu dönəmdə isə belə hal qeydə alınmayıb.


Qeyd edək ki, Zidan 2026-cı il dünya çempionatından sonra, bu ilin iyulunda Deşamı əvəzləyərək Fransa millisinin baş məşqçisi təyin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO