“Qarabağ”ın yeni transferlərə ödədiyi MƏBLƏĞ bəlli oldu

“Qarabağ”ın yeni transferlərə ödədiyi MƏBLƏĞ bəlli oldu

Hazırda oxunan: “Qarabağ”ın yeni transferlərə ödədiyi MƏBLƏĞ bəlli oldu

633568

"Qarabağ"ın dünən heyətinə cəlb etdiyi iki yeni transferə ödənilən təzminat məbləği məlum olub.

Bizim.Media xəbər verir ki, bu haqda eksklüziv məlumat “qol.az” saytına klubdan daxil olub.

Məlum olduğu kimi, Ağdam təmsilçisi nigeriyalı vinger Taofik İsmahil və almaniyalı hücumameylli orta xətt futbolçusu və həm də vinger olan Reda Xadranı heyətinə qatıb. Hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib.

Taofik İsmahil Polşanın "Qurnik" (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.  Onun üçün 1,2 milyon avro (2,5 milyon manat) təzminat ödənilib.

Nigeriyalı hücumçu karyerası ərzində Norveçin "Şeyd", "Fredrikstad", "Volorenqa", Fransanın "Loryan", Belçikanın "Beveren" və Polşanın "Lex" klublarında da çıxış edib.

"Qarabağ"ın digər yeni transferi Reda Xadra isə Fransanın "Reyms" klubundan gəlib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək. Reda Xadra üçün də 1 milyon avro təzminat ödənilib.

Dortmund "Borussiya"sının yetirməsi olan bu futbolçu daha əvvəl "Brayton", "Birminhem", "Şeffild Yunayted", "Blekbern" və "Havr"ın da formasını geyinib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO