Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi oldu - FOTO

Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi oldu - FOTO

Hazırda oxunan: Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi oldu - FOTO
627608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Bizim.Media Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

T.Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır.

O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çempionatında 3-cü yeri tutub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO