Toral Bayramov “Bursaspor”un ən ödənişli futbolçularından biri olacaq

Toral Bayramov “Bursaspor”un ən ödənişli futbolçularından biri olacaq

Hazırda oxunan: Toral Bayramov “Bursaspor”un ən ödənişli futbolçularından biri olacaq

615713

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”la müqaviləsinin detalları müəyyənləşir.

Bizim.Media xəbər verir ki, sol cinah müdafiəçisi Türkiyənin I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.
 

“Qarabağ”ı bursalılara dəyişən 25 yaşlı oyunçunun 3 illik sözləşməyə qol çəkməsi gözlənilir. Toral yeni klubunun ən yüksək ödənişli oyunçularından birinə çevriləcək.


Belə ki, onun “Bursaspor”da illik məvacibi 500 min avroya yaxın olacaq.

Futbolçu Azərbaycan millisinin qarşıdakı yoldaşlıq oyunlarından sonra yeni komandasına qoşulacaq.                                                                                           

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO