“Qarabağ”ın qapıçısı Mateuş Koxalski yeni mövsümdə başqa kluba keçməyəcək.
Bizim.Media xəbər verir ki, polşalı qolkiper üçün bu il Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.
Artıq Ağdam klubunun rəhbərliyi 25 yaşlı qolkiperin ən azı müqaviləsinin müddəti bitənə - 2027-ci ilin yayına qədər komandada qalacağına ənindirlər. Qolkiperin bu yay yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və daha uzun müddətə "Qarabağ"da qalmaq ehtimalı da var.
Xatırladaq ki, Koxalski 2024-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır.
Cari mövsüm “köhlənlər”in forması ilə bütün turnirlərdə 41 matça çıxan qolkiper 58 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media




































































































