
- A-
- A
- A+
İdman
23:18 / 21.02.2022
1 dəq oxunma
Mahir Emrelinin döyüldüyü hadisə ilə bağlı iş bağlandı
Hazırda oxunan: Mahir Emrelinin döyüldüyü hadisə ilə bağlı iş bağlandı
61214
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Polşa polisi “Legiya” klubunun futbolçularının azarkeşlərin hücumuna məruz qalması ilə bağlı insidentin araşdırmasını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, hüquq mühafizə orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.
Şahidlərin dindirildiyi və heç kimin şikayətçi olmadığı bildirilib. Bu səbəbdən iş bağlanıb.
Qeyd edək ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə Emreli klubdan ayrılmağı qərara alıb və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib. (Report)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































