Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa HAZIRLAŞIR

Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa HAZIRLAŞIR

Hazırda oxunan: Qəza keçirən futbolçu yaşıl meydanlara qayıtmağa HAZIRLAŞIR
598557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mixail Antonio keçirdiyi ağır avtomobil qəzasından sonra futbola qayıtmaq üçün Qətərin "Əl-Sayliya" klubu ilə qısamüddətli müqavilə imzalamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, son vaxtlar "Çarlton Atletik"lə məşq edən "Vest Hem"in sabiq hücumçusunun Qətər Ulduzlar Liqası klubu "Əl-Sayliya"ya keçməsi gözlənilir.
 

Məlumata görə, 35 yaşlı forvardın Yaxın Şərqə transferi ilə bağlı danışıqlar son mərhələdədir və yaxın günlərdə rəsmi təsdiqin veriləcəyi gözlənilir.


Qeyd edək ki, Antonio 2024-cü ilin dekabrında ayağının bir neçə yerdən sınması ilə nəticələnən qəzadan bəri İngiltərədə heç bir rəsmi oyuna çıxmayıb.

O, ötən ilin iyununda Konkakaf Qızıl Kuboku çərçivəsində Yamayka millisinin heyətində çıxış etsə də, cari mövsüm başlamazdan əvvəl "Vest Hem" tərəfindən sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO