PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Hazırda oxunan: PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
586915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PSJ baş məşqçisi Luis Enrike ilə bağlı tarixi addım atmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayııb.
 

Bildirilir ki, Paris klubu dünya futbolunda nadir rast gəlinən qərar üzərində çalışır. Klub rəhbərliyi 55 yaşlı ispaniyalı mütəxəssisə ömürlük müqavilə təklif etməyi planlaşdırır.


Məlumata görə, PSJ rəhbərliyi Enrikeni komanda üçün ideal baş məşqçi hesab edir. Bu səbəbdən ona futbol tarixində ən yüksək maliyyə şərtlərinə malik müqavilələrdən birinin təqdim olunacağı bildirilir.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır və onun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
 

Təcrübəli mütəxəssis bu müddət ərzində Paris klubuna mühüm uğurlar qazandırıb. PSJ onun rəhbərliyi altında iki dəfə Fransa çempionu olub, Fransa Kubokunu və Superkuboku qazanıb.


Ən böyük uğur isə 2024/2025 mövsümündə Çempionlar Liqası və Qitələrarası Kubokun əldə edilməsi hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO