
- A-
- A
- A+
İdman
18:46 / 19.12.2025
1 dəq oxunma
"Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA
Hazırda oxunan: "Qarabağ"dan zədəli futbolçularla bağlı AÇIQLAMA
586460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Qarabağ" klubu zədəli futbolçuları ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda qeyd edilib ki, "Sabah"la görşüdə sıradan çıxan Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyevin həkimlərin rəyinə əsasən müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Bir müddətdir zədədən əziyyət çəkən Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesinin klubun tibbi heyətinin nəzarəti altında davam etdiyi bildirilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































