“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

Hazırda oxunan: “Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ
582760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona” futbol klubunın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopezin sağ ayağının soleus əzələsində zədə aşkarlanıb və bu səbəbdən futbolçu ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bizim.Media xəbər verir ki, “Barselona”nın tibbi heyəti Lopezin bərpa prosesinin fərdi proqram əsasında aparılacağını təsdiqləyib.
 

Zədənin növü ağır olmasa da, futbolçunun dekabrın əvvəlindəki – “Alaves”, “Atletiko” və “Betis”lə olan qarşılaşmalarda komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.


Gənc yarımmüdafiəçi bu mövsüm “Barselona” üçün önəmli fiqurlardan biri olub.

Onun yoxluğu baş məşqçi üçün orta xəttdə alternativ seçimləri daraldacaq və rotasiya imkanlarını məhdudlaşdıracaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO