Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR

Hazırda oxunan: Dibala və Beyli “Napoli” sınağına HAZIRDIR
582572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliya A Seriyasının lideri “Roma” çempionluq yolunda növbəti rəqibi “Napoli” ilə qarşılaşmaya hazırlaşır.

Bizim.Media xəbər verir ki, matçdan öncə komandanın iki zədəli futbolçusu heyətə geri dönüb.

Belə ki, noyabrın əvvəlindən əzələ zədəsi səbəbindən meydanlardan uzaq qalan Paulo Dibala və Leon Beyli tam sağalıblar.

Hər iki futbolçunun oyunun iştirak ərizəsinə salındığı və bazar günü keçiriləcək oyunda komandaya kömək edəcəkləri bildirilir.
 

Geridə qalan 12 turda 27 xal toplayan paytaxt təmsilçisi ən yaxın izləyiciləri olan “Napoli” və “Milan”ı 2 xal qabaqlayır. Bu mövsüm “İnter” və “Milan” kimi rəqiblərinə uduzan “canavarlar” üçün həlledici əhəmiyyət daşıyır.


Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO