
- A-
- A
- A+
İdman
14:17 / 21.11.2025
1 dəq oxunma
“Qarabağ” Kadinin əvəzinə başqa futbolçu SİFARİŞ ETDİ
Hazırda oxunan: “Qarabağ” Kadinin əvəzinə başqa futbolçu SİFARİŞ ETDİ
581692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Joni Montiel siyahıya əlavə olunub.
27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.
UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































