"Qəbələ" "Səbail"i məğlub etdi - ikinci pilləyə yüksəldi

Hazırda oxunan: "Qəbələ" "Səbail"i məğlub etdi - ikinci pilləyə yüksəldi
45033
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.

Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. 90+5-ci dəqiqədə Məqsəd İsayev fərqi iki topa çatdırıb.

56-cı diqəqədə paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

 


Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləyə yüksəlib. 9 xala malik "Səbail" isə 7-ci sıradadır.



Qeyd edək ki, tura bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO