Çempionlar Liqası: Pley-offa ilk 2 vəsiqənin sahibi bu komandalar oldu

Çempionlar Liqası: Pley-offa ilk 2 vəsiqənin sahibi bu komandalar oldu

Hazırda oxunan: Çempionlar Liqası: Pley-offa ilk 2 vəsiqənin sahibi bu komandalar oldu
44419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, pley-offa ilk 2 vəsiqənin sahibi müəyyənləşib.

E qrupunda Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya qalib gəlib. Xallarını 12-yə çatdıran Münhen təmsilçisi sona 2 tur qalmış qrupdan çıxmağı təmin edib. Bu qrupun digər matçında İspaniya "Barselona"sı Ukraynada Kiyev "Dinamo"sunu çətinliklə məğlub edib.

Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə İtaliya "Yuventus"u olub. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə Rusiya "Zenit"i üzərində qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.

Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Atalanta" ilə heç-heçəyə razılaşıb. 

Qeyd edək ki, IV turun digər 8 oyunu bu gün keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO