İtaliya millisi 16 il sonra yenidən Avropa çempionu oldu

İtaliya millisi 16 il sonra yenidən Avropa çempionu oldu

Hazırda oxunan: İtaliya millisi 16 il sonra yenidən Avropa çempionu oldu
37723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi voleybolçulardan ibarət İtaliya yığması Avropa çempionatının qalibi olub.

Bizim.Media xəbər verir ki, qitə birinciliyinin finalında Sloveniya yığması ilə qarşılaşan İtaliya seçməsi rəqibini 3:2 hesabı ilə məğlub edib və 16 il sonra növbəti dəfə Avropa çempionu adını qazanıb.

Görüşün məhsuldar oyunçusu italiyalı Daniel Lavia olub. Voleybolçu 21 xal toplayıb. Sloveniya yığması isə üçüncü dəfə Avropa çempionatında gümüş medalla kifayətlənib.

Üçüncü yer uğrunda görüşdə isə Polşa yığması Serbiya millisindən üstün olub - 3:0.
 

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının da qalibi İtaliya yığması olub.


Finalda italıyalı voleybolçular Serbiya yığmasını 3:1 hesabı ilə məğlub ediblər. Azərbaycan millisi isə yarışı 24-cü pillədə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO