UEFA reytinqində “Qarabağ” irəlilədi

UEFA reytinqində “Qarabağ” irəlilədi

Hazırda oxunan: UEFA reytinqində “Qarabağ” irəlilədi
30429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Bizim.Media xəbər verir ki, cədvəldə Azərbaycanın 7 klubu yer alıb.

Baş tutan qarşılaşmalardan sonra siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə də təsir edib.

Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. İsraildə “Aşdod”u 1:0 hesabı ilə üstələyərək mərhələ keçən ağdamlılar 70-ci pilləyə yüksəlib.

Premyer Liqanın vitse-çempionu 7 pilləlik sıçrayışa nail olub. 18,000 xala malik təmsilçimiz “Alkmaar”, “Feyenoord” və APOEL-lə eyni xala malikdir.

7,000 xala malik “Neftçi” 1 pillə geriləyərək 152-ci sıraya enib. 8 pillə yuvarlanan “Keşlə” 4,000 275-ci sıraya düşüb. 296-cı yerə enən “Qəbələ” 3,500 xalı var. “Qırmızı-qaralar” 3 pilləlik geriləməyə üzülüb.

Digər klublarımız - “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 342-cidir. Onlar 1 pillə geriləyib.

Qeyd edək ki, 433 komandanın yer aldığı cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO