Azərbaycanlı idmançılar Yaponiyadadır – FOTO

Azərbaycanlı idmançılar Yaponiyadadır – FOTO

Hazırda oxunan: Azərbaycanlı idmançılar Yaponiyadadır – FOTO
29003
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beş gündən sonra Yaponiya paytaxtında başlayacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin üzvləri də Tokioya gəliblər.

Bizim.Media xəbər verir ki, 16 nəfərdən ibarət olan Azərbaycan nümayəndə heyəti artıq Atletlər kəndində yerləşib. 
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020-də Azərbaycan bayrağını bu şəxslər daşıyacaq - FOTO


Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin bütün üzvləri təşkilat komitəsinin təhlükəsizliklə bağlı müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl edirlər.

Qaydalara müvafiq olaraq, nümayəndə heyətinin üzvləri hər gün COVID-19 testi verirlər. Bundan əlavə, pandemiya şəraitinə uyğun digər bütün qaydalara da əməl olunur.

Atletlər kəndində olan cüdo komandamızın üzvlərinin məşqləri iyulun 19-da başlayır. İyulun 18-də axşam saatlarında Azərbaycan nümayəndə heyətinin daha səkkiz üzvü Tokioya gələcək.

Bizim.Media

Azərbaycanlı idmançılar Yaponiyadadır – FOTO - foto 1
Azərbaycanlı idmançılar Yaponiyadadır – FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO