Tokio Olimpiadasından yeni xəbər: “5 mindən çox olmayacaq” 

Tokio Olimpiadasından yeni xəbər: “5 mindən çox olmayacaq” 

Hazırda oxunan: Tokio Olimpiadasından yeni xəbər: “5 mindən çox olmayacaq” 
27651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı stadionlarda tamaşaçı sayının 5 minədək müəyyənləşdirilməsini planlaşdırırlar. 

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Olimpiya Oyunlarının təşkilatçıları bu barədə yekun qərarı iyulun 8-də qəbul edəcəklər.

Xatırladaq ki, iyulun 2-də Kyodo agentliyi təşkilatçıların iyulun 8-də keçiriləcək onlayn-görüşündə paytaxt regionunda koronavirusla bağlı vəziyyətin ağırlaşdığı şəraitdə tamaşaçıların sayı barədə məsələni müzakirə edəcəklərini bildirib. Həmin görüşdə Yaponiya hökumətinin, Tokio administrasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Olimpiadanın təşkilat komitəsinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 21-də tamaşaçı limitinin 10 min həddində müəyyənləşməsi, bununla yanaşı, idman obyektlərindəki yerlərin 50 faizdən çox tutulmaması barədə limit təyin edilib.

Agentlik ölkədə koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə, Yaponiya hökumətinin və təşkilatçıların yarışların bu sayda tamaşaçılarla təşkilində çətinlik çəkəcəyini qeyd edir.

Tokio Olimpiadasının 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Olimpiadaya əcnəbi tamaşaçılar buraxılmayacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO