Argentina və Kolumbiya Amerika Kubokunun yarımfinalına vəsiqə qazandılar – VİDEO

Argentina və Kolumbiya Amerika Kubokunun yarımfinalına vəsiqə qazandılar – VİDEO

Hazırda oxunan: Argentina və Kolumbiya Amerika Kubokunun yarımfinalına vəsiqə qazandılar – VİDEO
27271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gecə futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.

Bizim.Media xəbər verir ki, ilk oyunda Kolumbiya yığması Uruqvay millisi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Reqlamentə əsasən, 90 dəqiqəlik oyundan sonra bərabərlik olduğu təqdirdə, penalti seriyası təyin edilir.

Penalti seriyasında Kolumbiya yığması 4:2 hesabı ilə rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Digər oyun Argentina və Ekvador milliləri arasında baş tutub. Oyun Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Rodriqo de Paul (40-cı dəqiqə), Lautaro Martines (84-cü dəqiqə) və Lionel Messi (90+3-cü dəqiqə) vurublar.

L.Messi oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımfinal mərhələsində Argentina yığması iyulun 7-si Kolumbiya millisi ilə qarşılacaq. Digər yarımfinal matçı iyulun 6-sı Braziliya və Peru arasında baş tutacaq.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO