“Qarabağ”ın yeni transferi “Ferentsvaroş”a qarşı oynayacaq?

“Qarabağ”ın yeni transferi “Ferentsvaroş”a qarşı oynayacaq?

Hazırda oxunan: “Qarabağ”ın yeni transferi “Ferentsvaroş”a qarşı oynayacaq?
265668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın yeni transferlərindən olan Joni Montielin Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la görüşlərində meydanda olmaq şansı çoxalıb.

Bizim.Media xəbər verir ki, ispan futbolçu fərdi məşqləri yekunlaşdıraraq, dünən artıq kollektivə qoşulub.

Onun adı da “Ferentsvaroş”la oyunlar üçün UEFA-nın sifariş ərizəsinə daxil ediləcək. Belədə, Montielin idman forması və ümumi durumu Qurban Qurbanov razı salarsa, onu Macarıstan çempionuna qarşı görüşlərdə meydanda görə biləcəyik.

Qeyd edək ki, “Qarabağ” Joni ilə 2+2 illik müqavilə imzalayıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO