Qurban Qurbanov: “Şimali Makedoniyadan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq”

Qurban Qurbanov: “Şimali Makedoniyadan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq”

Hazırda oxunan: Qurban Qurbanov: “Şimali Makedoniyadan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq”
263386
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Çox vacib oyuna çıxırıq. Rəqib iki yaxşı qalibiyyətdən sonra doğma meydanda bizi qəbul edəcək. Bu baxımdan üstünlük onlardadır”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis olduqca istəkli komandaya qarşı oynayacaqlarını bildirib: “Matça tam hazırıq. Sona kimi xarakterimizi meydanda göstərməliyik. İddialı komandadır.
 

Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Rəqibi analiz etmişik. Onlara öz oyunlarını göstərməyə imkan verməməliyik”.


Avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO