"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"

"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"

Hazırda oxunan: "Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"
263079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Barselona"nın hücumçusu Rafinya ötən mövsümlə bağlı təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb. Braziliyalı futbolçu əvvəlcə bildirib ki, ötən mövsüm karyerasının ən yaxşı mövsümüdür. Daha sonra isə o deyib:

"Həmişə özümün daha güclü versiyasına çevrilməyə çalışıram – istər məşqlərdə, istər oyunlarda, istərsə də mövsüm ərzində. Ötən mövsüm əvvəlkindən daha yaxşı çıxış etməyə çalışdım. İndi isə qarşıdakı mövsümü daha da uğurlu etmək üçün əlimdən gələni edəcəyəm. Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir. Klub da bu titulu altıncı dəfə qazanmaq istəyir. Mən bu mükafata sahib çıxmaq üçün nə lazımdırsa, edəcəyəm. Əminəm ki, komandanın digər futbolçuları da eyni şeyi düşünür".

Qeyd edək ki, "Barselona" ötən mövsüm La Liqa, İspaniya Kuboku və Superkubokunun qalibi olub, Çempionlar Liqasında isə yarımfinaladək irəliləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO