
- A-
- A
- A+
İdman
10:45 / 06.07.2025
1 dəq oxunma
“Qalatasaray” Hakan Çalhanoğlu ilə razılıq əldə etdi
Hazırda oxunan: “Qalatasaray” Hakan Çalhanoğlu ilə razılıq əldə etdi
258420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qalatasaray” Milan “İnter”inin mərkəz yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə transfer danışıqlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, türk klubu 31 yaşlı yarımmüdafiəçi ilə prinsipial razılıq əldə edib və futbolçu komandasını dəyişməyə hazırdır.
Ötən mövsüm 31 yaşlı futbolçu bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə verib. Çalhanoğlunun “İnter”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































