“Qalatasaray” “Roma”nın müdafiəçisini transfer etmək istəyir

“Qalatasaray” “Roma”nın müdafiəçisini transfer etmək istəyir

Hazırda oxunan: “Qalatasaray” “Roma”nın müdafiəçisini transfer etmək istəyir
231691
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qalatasaray" müdafiənin sağ cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Milan"da çıxış edən Emerson Royal zədələndiyi üçün planlar dəyişib.

"Qalatasaray" bu mövqe üçün "Roma"da çıxış edən Zeki Çeliki transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" qısa müddət ərzində türk futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü olan 27 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO