Juninyo “Flamenqo”da nə vaxt DEBÜT EDƏCƏK?

Juninyo “Flamenqo”da nə vaxt DEBÜT EDƏCƏK?

Hazırda oxunan: Juninyo “Flamenqo”da nə vaxt DEBÜT EDƏCƏK?
230121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”dan “Flamenqo”ya transfer olunacaq Olavio Juninyonun Braziliya klubunda debüt edə biləcəyi oyun bəlli olub.

Bizim.Media xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu yeni komandasının ABŞ-da təşkil olunan təlim-məşq toplanışına qatılmayacaq.
 

Orlando şəhərindəki matçlarda iştirak edə bilməyəcək Juninyo “Flamenqo”nun vətənə qayıdışını gözləyəcək. Forvard Kariokada yeni mövsümün növbəti 3 turunu da buraxacaq. Onun “Madueyra”, “Nova İquaçu” və “Banqu” ilə görüşlərdə oynaya bilməyəcəyi gözlənilir.


Juninyonun debütü yanvarın 25-də reallaşa bilər. Həmin gün “Flamenqo” “Volta Redonda” ilə görüşəcək. Kariokanın 5-ci turunun matçı Mane Qarrinça stadionunda keçiriləcək.

Qeyd edək ki, Juninyo “Flamenqo” ilə 4 illik müqavilə imzalayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO