İspaniya mətbuatı: “Qarabağ” Juninyo üçün 4 milyon avro istəyir

İspaniya mətbuatı: “Qarabağ” Juninyo üçün 4 milyon avro istəyir

Hazırda oxunan: İspaniya mətbuatı: “Qarabağ” Juninyo üçün 4 milyon avro istəyir
228291
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ”ın hücumçusu Juninyo “Sevilya”nın yanvar transferindəki əsas hədəfidir. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “Marca” nəşri məlumat yayıb. 

Qəzet qeyd edir ki, bu gün üçün klublararası danışıqları başa çatmış saymaq olmaz. 

Amma hər iki tərəf Juninyonun qış transferində “Sevilya”nın oyunçusu olmaq istiqamətində vacib addımlar atır.  
 

Məlumata görə, Viktor Ortanın rəhbərlik etdiyi “Sevilya”nın idman direktorluğu Azərbaycan çempionatının liderinə bir neçə təklif irəli sürüb. Onlar transferi yanvarda bitirmək üçün tələsirlər.


Düzdür, təkliflərin heç biri “Qarabağ”ın gözlədiyi kimi olmayıb. Amma qeyd edilir ki, hazırda “Qarabağ”a 4 milyon avro təzminat təklif edilir (üstəgəl bonuslar). Qəzetin yazdığına görə, “Sevilya” Juninyo ilə 2027 və ya 2028-ci ilin yayına qədər müqavilə imzalamalıdır. İspaniyanın “AS” nəşrinin yazdığına görə, “Qarabağ”ın “Sevilya”nın 3 milyon avroluq ilk təklifinə “yox” cavabından sonra ispanlar məbləği artırıblar. 

Hazırda “Sevilya” “Qarabağ”a 4,5 milyon avro verməyə hazırdır. Bu pulun 3 milyonunun birdəfəlik, 1,5 milyonunun isə hissə-hissə ödənilməsi təklif olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO