"Bavariya" "Barselona"nın transfer hədəfini ələ keçirmək İSTƏYİR

"Bavariya" "Barselona"nın transfer hədəfini ələ keçirmək İSTƏYİR

Hazırda oxunan: "Bavariya" "Barselona"nın transfer hədəfini ələ keçirmək İSTƏYİR
226853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bavariya" "Atletik"in (Bilbao) futbolçusu Niko Uilyamsla maraqlanır. 

Bizim.Media xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 
 

Münhen təmsilçisi yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir. Buna səbəb futbolçuları Serj Qnabri, Leroy Sane və Kinqsli Komanın klubdakı gələcəklərinin qeyri-müəyyən olmasıdır.


Almaniya təmsilçisinin 22 yaşlı ispaniyalı vinger üçün 50-60 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

Qeyd edək ki, daha öncə mətbuatda "Barselona"nın Niko Uilyamsla maraqlanması, həmçinin futbolçunun özünün Kataloniya klubuna keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO