
- A-
- A
- A+
İdman
00:48 / 19.12.2024
1 dəq oxunma
Millimizin sabiq üzvündə dopinq TAPILDI
Hazırda oxunan: Millimizin sabiq üzvündə dopinq TAPILDI
225951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin "Beşiktaş" klubunda şok hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin iki sabiq futbolçusunda dopinq aşkarlaşıb. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Həmin futbolçular Emirhan Delibaş və Berkay Vardardır. Hər iki oyunçunun dopinq testinin nəticəsi pozitiv çıxıb. Onların 4 il müddətinə futboldan uzaqlaşdırıldığı bildirilir.
Emirhan Delibaş və Berkay Vardar "Beşiktaş"ın yetirməsidir. Avqustun 27-də iki oyunçu ilə də yollar ayrılıb.
Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-17 və U-19 milli komandalarında çıxış edib. 21 yaşlı yarımmüdafiəçi yığmalarımızın heyətində ümumilikdə 6 rəsmi matçda iştirak edib və 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































