
- A-
- A
- A+
İdman
16:44 / 07.12.2024
1 dəq oxunma
AFFA "Turan Tovuz" və "Kəpəz"i CƏRİMƏLƏDİ
Hazırda oxunan: AFFA "Turan Tovuz" və "Kəpəz"i CƏRİMƏLƏDİ
224168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsindəki qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib.
Eyni oyunda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimə edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































