Çalhanoğlu ZİRVƏDƏ

Çalhanoğlu ZİRVƏDƏ

Hazırda oxunan: Çalhanoğlu ZİRVƏDƏ

223912

"İnter"in futbolçusu Hakan Çalhanoğlu komandada noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 

30 yaşlı türkiyəli yarımmüdafiəçi azarkeşlərinin səsverməsi ilə sorğuda qalib olub.


Klubun etdiyi açıqlamada bildirilir: "Arsenal" və "Napoli" ilə matçlarda parlayan Hakan Çalhanoğlu üçün çox yaxşı bir ay keçdi. "San Siro"da "Arsenal" qarşı matçda həlledici qolu vurdu. "Napoli" ilə görüşdə isə uzaqdan vurduğu qol onun şah əsəri oldu".

Qeyd edək ki, Hakan Çalhanoğlu noyabrda "İnter"in heyətində 4 oyuna çıxaraq 2 qol vurub. O, zədə səbəbindən ötən ay İtaliya A Seriyasında "Verona"ya qarşı oyunu buraxmalı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO