"Turan Tovuz"dan Marandiçinin durumu ilə bağlı AÇIQLAMA

"Turan Tovuz"dan Marandiçinin durumu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: "Turan Tovuz"dan Marandiçinin durumu ilə bağlı AÇIQLAMA
223611
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alaraq oyunu tərk edib. 

Bizim.Media Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı moldaviyalı müdafiəçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zədəsi ağır olduğundan Denis Marandiçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına çatdırılıb. 
 

Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçunun ayağı gipsə qoyulub. Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub. 


Qeyd olunur ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa, futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO