
- A-
- A
- A+
İdman
10:03 / 08.11.2024
1 dəq oxunma
Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ
219761
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ölkələrin UEFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Avropa Liqasının IV, Konfrans Liqasının III turunda baş tutan matçlar siyahıda dəyişikliklərə səbəb olub.
Azərbaycan siyahıda bir pillə irəliləyib. Buna “Qarabağ”ın Avropa Liqasında “Bodo Qlimt”ə qalib gəlməsi səbəb olub.
Qurban Qurbanovun yetirmələri 2:1 hesablı qələbə ilə ölkəmizə 0,500 xal gətirib. Hesabında 19,625 xal olan ölkəmiz Avropada 27-ci pilləyə yüksəlib. Azərbaycan Bolqarıstanı keçib. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 95,160 xal.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































