Azərbaycan boksçusu dünya birinciliyinin FİNALINA YÜKSƏLDİ

Azərbaycan boksçusu dünya birinciliyinin FİNALINA YÜKSƏLDİ

Hazırda oxunan: Azərbaycan boksçusu dünya birinciliyinin FİNALINA YÜKSƏLDİ
218684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan millimizin üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.
 

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.


Qadın boksçu Aynur Mikayılova (57 kiloqram) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO