Ukrayna mətbuatı: “Qriqorçuk “Neftçi”dən getməyə hazırlaşır”

Ukrayna mətbuatı: “Qriqorçuk “Neftçi”dən getməyə hazırlaşır”

Hazırda oxunan: Ukrayna mətbuatı: “Qriqorçuk “Neftçi”dən getməyə hazırlaşır”
214931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi”nin cari mövsüm Premyer Liqadakı uğursuz çıxışı baş məşqçi dəyişikliyini tezləşdirə bilər.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, Roman Qriqorçuk Bakı klubundan ayrılmaq hazırlığındadır. 
 

Ukraynalı mütəxəssis tezliklə rəhbərliyə istefa ərizəsini təqdim etməyi düşünür. Məlumatda bildirilir ki, Qriqorçuk hətta təzminat da tələb etmir. Son qərarı isə “Neftçi” rəhbərliyi verəcək. Hazırda türkiyəli Fatih Terim, İsmail Kartal, belaruslu Viktor Qonçarenko kimi məşqçilərin adı “ağ-qaralar”la birgə hallanır. Ancaq onların heç birinə rəsmi təklif olunmayıb. 


Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi”nin “sükanı arxasına” mövsümün əvvəlində keçib.

Komanda ölkə çempionatında 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO