
- A-
- A
- A+
İdman
12:54 / 27.09.2024
1 dəq oxunma
Türkiyə millisinin sabiq futbolçusu güllələndi – ANBAAN VİDEO
Hazırda oxunan: Türkiyə millisinin sabiq futbolçusu güllələndi – ANBAAN VİDEO
213412
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçus Sərhat Akın silahlı hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, hazırda idman şərhçisi olan keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, efirdən sonra küçədə silahlı şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb. Ayağından güllələnən keçmiş futbolçu xəstəxanaya aparılıb. O, durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Sərhat Akın 2000-2005-ci illərdə “Fənərbaxça”da oynayıb. O, Türkiyə yığmasında 16 oyuna çıxıb və 3 qol vurub. "Fənərbaxça"da 3 çempionluq qazanan Akın İstanbul klubunda 154 oyun keçirib və 49 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































