Azərbaycan cüdoçuları Avropa Kubokunda daha bir medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda daha bir medal qazanıb

Hazırda oxunan: Azərbaycan cüdoçuları Avropa Kubokunda daha bir medal qazanıb

211301
Bolqarıstanın Sofiya şəhərində keçirilən cüdo üzrə açıq Avropa Kubokuna yekun vurulub.xa0

Azərbaycan yığması son gündə daha bir medal əldə edib.

+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.xa0

Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Beynəlxalq turnirin ilk günündə Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO