Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazandı - “Beşiktaş” liderdir

Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazandı - “Beşiktaş” liderdir

Hazırda oxunan: Türkiyə Superliqasında “Qalatasaray” qələbə qazandı - “Beşiktaş” liderdir

20892

Futbol üzrə Türkiyə çempionatında növbəti oyunlar keçirilib. Superliqanın 39-cu turunda "Qalatasaray" səfərdə "Dənizlispor"un qonağı olub.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu 4:1 hesabı ilə qalib gəlib.

"Fənərbağça" öz meydanında "Sivasspor"a 2:1 hesabı ilə uduzub. "Beşiktaş" isə “Vodafone Park” stadionunda "Fatih Karagümrük"ə 2:1 hesabı ilə məğlub olub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Konyaspor" - "Trabzonspor" - 1:1;

"Alanyaspor" - "Ərzurumspor" - 2:3;

"Qaziantep" - "Rizəspor" - 4:5;

"Gənclərbirliyi" - "Göztəpə" - 5:3;

"Başakşəhər" - "Kayserispor" - 0:0;

"Kasımpaşa" - "Ankaragücü" - 3:1;

"Yeni Malatyaspor" - "Hatayspor" - 1:1:

Qeyd edək ki, hazırda Türkiyə Superliqasının turnir cədvəlində 81 xalla “Beşiktaş” liderlik edir.

Onunla eyni xal toplayan “Qalatasaray” ikinci, 79 xalı olan “Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Bu çempionatda son turun oyunları mayın 15-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO