“Yuventus” onunla müqaviləni UZATDI

“Yuventus” onunla müqaviləni UZATDI

Hazırda oxunan: “Yuventus” onunla müqaviləni UZATDI
208190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yuventus”da yeni müqavilə imzalanıb. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisi Ueston Makkenninin sözləşməsinin müddətini uzadıb. 

Amerikalı yarımmüdafiəçinin yeni anlaşması 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Yuventus” Ueston Makkennini 2020-ci ilin sentyabrında “Şalke”dən transfer edib. 

ABŞ millisinin üzvü olan 25 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 134 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO