"Neftçi" tarixində ilkə imza atıb

"Neftçi" tarixində ilkə imza atıb

Hazırda oxunan: "Neftçi" tarixində ilkə imza atıb
206255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” klubu Azərbaycan Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb.

Bizim.Media Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu klub tarixində ilk belə hal olub.
 

Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.


Eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/2016 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda heç-heçələri sıralayıb.

Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb.

“Bakı” (2011/2012, 2012/2013) və “Kəpəz” (2010/2011, 2015/2016) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993/1994, “Turan” 1996/1997, AZAL 2008/2009, “Simurq” 2012/2013, “Xəzər Lənkəran” 2013/2014, “Sumqayıt” 2015/2016 mövsümündə sülhsevərlik göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO