Atletimiz Avropa birinciliyində 3 qızıl medal qazandı

Atletimiz Avropa birinciliyində 3 qızıl medal qazandı

Hazırda oxunan: Atletimiz Avropa birinciliyində 3 qızıl medal qazandı
197627
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı üç qızıl medal qazanıb.

Bizim.Media  xəbər verir ki, Kamran Xappayev birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

Bundan başqa o, təkanla qaldırma hərəkətində də eyni uğura imza atıb. 125 kiloqramı ram edən idmançı rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Təmsilçimiz 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışdakı digər atletimiz Əbdülhüseyn Hüseynov isə 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada altıncı yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO