“Beşiktaş” “Atletiko”nun müdafiəçisini TRANSFER ETDİ

“Beşiktaş” “Atletiko”nun müdafiəçisini TRANSFER ETDİ

Hazırda oxunan: “Beşiktaş” “Atletiko”nun müdafiəçisini TRANSFER ETDİ

196666

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko" ilə müqaviləsi başa çatan Qabriel Paulistanın keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qara qartallar" 33 yaşlı mərkəz müdafiəçisi ilə bütün şərtləri razılaşdırıb. Braziliyalı futbolçu bu həftə İstanbula gedərək rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Qabriel Paulista bu ilin yanvar ayında "Atletiko"ya keçmişdi. Təcrübəli arxa xətt oyunçusu Madrid təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO