Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO  

Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO  

Hazırda oxunan: Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO  
195474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib. 

Bizim.Media xəbər verir ki, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. 

İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb.

Bundan başqa, Cavid 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də 2-ci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni 3-cü pillədə bitirib. 
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamlayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər. 

Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 1
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 2
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 3
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 4
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 5
Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO   - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO